5 nömrəli məktəbdə polis görüş keçirib. Sumqayıt24 bu haqda 17 fevral tarixində xəbər verir.
Tədbirdə Sumqayıt şəhər Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin baş inspektoru, polis kapitanı Rəşad Dadaşlı, Polis Akademiyasının müəllimi, polis leytenantı İlkin Ələkbərov, Polis Akademiyasının hüquq fakültəsinin 2-ci kurs kursantı Elcan Sadıqzadə və yuxarı sinif şagirdləri iştirak ediblər.
Yeniyetmələrə narkotik, tütün və alkoqollu maddələrin ziyanı, istifadə edən şəxslərin acı aqibəti, cəmiyyətdəki sosial nüfuzunun aşağı düşməsi hallarından danışılıb.
Polis Akademiyasının müəllim və kursantı isə şagirdləri akademiyada təhsil almağa dəvət ediblər. Onlara burada oxumağın üstünlükləri, kursantlar üçün yaradılmış güclü maddi-texniki baza və digər şərait haqqında məlumat verilib.
Sonda suallar ətraflı cavablandırılıb.