Sumqayıtda qadın ehtiyatsızlıqdan ölüb. Sumqayıt24 bu haqda 17 avqust tarixində Report.az-a istinadən xəbər verir.
Hadisə günorta saatlarında 10-cu mikrorayon, bina 2-də baş verib. Sumqayıt sakini, 30 yaşlı Leyla Quliyeva yaşadığı binanın 8-ci mərtəbəsində pəncərəni silərkən yerə yıxılıb.
Araşdırma aparılır.