Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yoxlama keçirilib. Sumqayıt24 bu haqda 19 aprel tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən xəbər verir.
Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasında qanunsuz balıq ovlayan şəxs tutulub. Xidmət rəsmisi Bəhruz Məhəmmədovun sözlərinə görə, saxlanılan şəhər sakini Əliyar Səfərovdan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
Qanun pozucusu barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.