Qarajda yanğın baş verib. Sumqayıt24 bu barədə 20 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə Sumqayıt şəhərində qeydə alınıb. Ümumi sahəsi 35 kv.m olan qarajın dam örtüyünə çəkilən tol 25 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi mühafizə olunub. Alov FHN-in əməkdaşları tərəfindən söndürülüb.