Sumqayıt şəhəri Sülh küçəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda 27 aprel tarixində Sumqayıt24 xəbər verir.
Qəza səhər saatlarında “Sumqayıt” biznes mərkəzinin qarşısında baş verib. “Kia” və “Ravon” markalı avtomobillər toqquşub. Hadisə zamanı xəsarət alan olmayıb. Əraziyə yol polisi əməkdaşları cəlb olunublar.