Martın 11-də gözlənilən hava şəraiti açıqlanıb.
Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Sumqayıtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq, cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-6°, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütununa, nisbi rütubət isə gecə 80-85%, gündüz 60-65%-ə bərabər olacaq.