Sumqayıt KOBİM “Gəlir və xərclərin idarə olunması” mövzusunda təlim keçirilib. Bu barədə 16 sentyabr tarixində KOB İnkişaf Mərkəzinə istinadən xəbər veririk.
Seminarda KOBİM-in eksperti tərəfindən büdcə planlaşdırması, kapital strukturu və artırılması ilə bağlı qərarlar və xərclərin qiymətləndirilmə üsulları barədə iştirakçılara məlumat verilib. 10 sahibkarın iştirak etdiyi təlimdə xalis gəlirin və maliyyə axının idarə olunması, gəlir və xərclər planı sahibkarların diqqətinə çatdırılıb.
Sonda mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.