Poeziya Evində “Şəhidlik Tanrı hədiyyəsidir” adlı kitabın təqdimatı olub. Sumqayıt24 bu haqda 13 aprel tarixində xəbər verir.
Tədbir “Şəhid Analarına Dəstək” İB və Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən keçirilib. Burada şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri, şair və yazıçılar, sənət adamları iştirak ediblər. Gənc müğənnilər onlar üçün vətənpərvərlik mahnıları və şeirlər səsləndiriblər.
Qeyd edək ki, Kitab Vətən müharibəsi şəhidi Səbuhi Həsənquliyevin anası Maisə Səbuhinin şəhidlərə yazdığı şeirlərdən ibarətdir və “Azəri” poliqrafiyanın direktoru Mirfazil Əliyevin maddi dəstəyi ilə nəşr edilib.