İlk dəfə səs verəcək gənclərlə görüş keçirilib. Sumqayıt24 bu haqda 6 avqust tarixində xəbər verir.
Görüş Abşeron–Xızı Regional Gənclər və İdman İdarəsi tərəfindən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunub. Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə ilk dəfə qatılacaq gənclərə seçkidə iştirak, səsvermə proseduru, seçicinin hüquq və vəzifələrindən danışılıb.