Sumqayıtda sakinlər tərəfindən qanunsuz şəkildə quraşdırılan maneələr sökülüb.
Report.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən aparılan reydlər çərçivəsində çoxmənzilli yaşayış binalarının həyətlərində, giriş-çıxış yollarında baryerlər, dəmir dirəklər, şlaqbaumlar və digər süni maneələr müəyyən edilərək aradan qaldırılıb.
Qeyd edək ki, bu tədbirlər FHN-in “Yanğın təhlükəsizliyi qaydaları”na uyğun olaraq həyata keçirilir və ictimai təhlükəsizliyin təmin olunmasına yönəlib.