Sumqayıtda sürücü sükan arxasında vəfat edib. Bu haqda 24 aprel tarixində Sumqayıt24 Apa.az-a istinadən xəbər verir.
Hadisə bu gün səhər saatlarında Sülh küçəsində (şəhərin girişində) baş verib. "Kia Rio"nu idarə edən 52 yaşlı Abdul Zülfüqarov qəfildən dünyasını dəyişib. Meyit aidiyyəti üzrə təhvil verilib.
Onun ölüm səbəbi hələlik məlum deyil.