top
Sumqayıtda təcili yardım xəstəni geri qaytardı  – İDDİA 
21 may 2025, 05:01
- +

Sumqayıtda təcili yardım xəstəni geri qaytardı  – İDDİA 

Sumqayıt sakini təcili tibbi yardım xidmətindən, daha doğrusu, xidmətsizliyindən şikayətçidir.

Sumqayit24.az-a müraciət edən Aysel Abdullazadə iddia edib ki, 19 may tarixində ürəkbulanma və kəskin baş ağrısı səbəbilə yolda özünü pis hiss edərək 1 saylı Təcili Tibbi Yardım Stansiyasına müraciət etsə də, rədd cavabı alıb:

“Qapıdan daxil olanda dispetçer otağına yaxınlaşdım. Qan təzyiqimi ölçdürmək istədiyimi dedim. Xanım gözləməyimi söylədi. Sonra digər otağa keçdi və məni çağırdı. Otağa yaxınlaşanda içəridə oturan həkim şikayətimin nədən ibarət olduğunu soruşdu. Özümü pis hiss etdiyimi və qan təzyiqimi ölçdürmək istədiyimi dedim. Həkim dedi ki, burada təzyiq ölçülür? Dedim, ölçülmür? Dedi, giriş qapısındakı yazını oxumamısan? Halım get-gedə pisləşirdi. Bu sual-cavab məni lap gərgin hala saldı. Özümdə olmadığımı, yolda halımın pisləşdiyini görüb, maşını birbaşa təcili tibbi yardım stansiyasına sürüb, özümü birtəhər çatdırdığımı, bu halda qapıda olan yazını oxumaq üçün normal vəziyyətdə olmadığımı ifadə etsəm də, həkim tibb ocağında təzyiq ölçməyə icazə olmadığını bildirdi. "Burada ambulator xidmət göstərilmir, icazə yoxdur. Gedin, hara istəyirsiz, şikayət edin" dedi.

Baş ağrısı və ürəkbulanma ilə yenidən maşına əyləşib evimə gəldim. Çünki başqa xəstəxanaya getmək üçün xeyli məsafə var idi və 9 yaşında körpə qızımla maşını bu vəziyyətdə idarə etməyin təhlükəli olduğunu düşündüm. Evə gələnə qədər gözümdə qaralmalar oldu. Bir az da qorxdum. Evə gəlib Təcili tibbi yardım üçün çağırış etdim. Qeydə aldılar və təxminən 20-24 dəqiqə sonra Təcili tibbi yardım ünvanıma gəldi. Təzyiqimi ölçüb, ağrıkəsici iynə vurdular. Evə çağırışla gələn həkim mərkəzdə olarkən təzyiqimi ölçməyə icazə verilmədiyini deyən həkim idi.

Mən burada həkimlik bir məsələ görmürəm. Sözüm bu qaydanı qoyan "yuxarılaradır"

Vətəndaşın yolda halı pisləşib, özünü tez Təcili tibbi yardım stansiyasına çatdırıb və siz ona yardım göstərmək əvəzinə, qadağalar qoymusunuz. Eyni yardımı gəlib mənim evimdə göstərdi həkim. Vaxt itkisi, mənim ağrıdan başıma gələcək hansısa hadisə, o halda mənim yenidən harasa müraciət üçün getməyim və həyatım üçün yaranan təhlükə, ünvana gələn xidməti maşının istifadəsi, istifadə olunan yanacaq, vaxt itkisi, həkimin yanında gələn tibb bacısının zamanı və.s kimi nüanslara kim cavab verəcək? TƏBİB? Bu qədər efor xərcləməkdənsə, özüm öz ayağımla gəlmişəm axı. Niyə baxmağa, müayinə etməyə icazə vermirsiniz? Gərək dövlətin verdiyi maşını, onun yanacağını, həkimin və tibb bacısının vaxtını əlavə olaraq istifadə edəsiniz? Yolda olduğu müddətdə bu personal başqa bir xəstə ilə maraqlana bilər, onu müayinə edə bilməzdi? Vətəndaş mərkəzə daxil olduğu halda beş dəqiqə ayırıb onun təzyiqini ölçmək bu qədər çətindir? TƏBİB vətəndaşların sağlığına xidmət edir, yoxsa həyatını təhlükəyə atmağa?

Evə çatana qədər yanımda olan körpə övladımla birlikdə idarə etdiyim maşında mənim beynimə qan sızsa idi, buna kim cavabdehlik daşıyacaqdı? Eyni zamanda bundan doğan qəzanın olmayacağını, başqalarının da həyatının təhlükəyə atılmayacağını kim sığortalayır?

TƏBİB, ümumiyyətlə, hansı sağlamlıq xidməti təklif edir? Bilək, ona uyğun davranaq. Məsələn, yolda özümü piss hiss etdiyim anda hara gedim, hansı xəstəxanaya çatdırım özümü ki, orada mənə təzyiqin təyini, ağrıkəsici vasitələr ilə ilkin yardım göstərilsin. Yeddi il Türkiyədə yaşamışam. İki ölkənin səhiyyə xidməti ilə bağlı dağlar qədər fərq görürəm. Orada səhiyyə sektorunda vətəndaş olaraq daha çox diqqət, qayğı görmüşəm, nəinki burada.

Xahiş edirəm, bu məsələ araşdırılsın və lazımi tədbirlər görülsün. Bu cəmiyyətə xidmət göstərən vətəndaş, yazar, müəllim və ana olaraq bunu tələb edirəm!”.

Sumqayit24.az-ın əməkdaşı məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlayıb. Qurumdan cavab olaraq bildirilib ki, Təcili Tibbi Yardım Stansiyalarında ambulator xidmət göstərilmir:

"Vətəndaşların nəzərinə çatdırırıq ki, səhhətində yaranan problem səbəbilə stansiyaya müraciət edən şəxslərə yalnız təcili tibbi yardım maşınında - ambulansın içərisində ilkin tibbi yardım göstərilir. Bu, stansiyaların fəaliyyət prinsipinə və təşkilati strukturuna uyğun olaraq həyata keçirilir.

Qeyd edək ki, Poliklinikaların iş saatları xaricində Təcili Tibbi Yardım Stansiyalarında yalnız ilk yardım və həyat xilasedici prosedurlar ambulansın salonunda icra olunur.

Əhalidən xahiş olunur ki, ambulator və ya planlı müayinə-müalicə üçün aidiyyəti üzrə poliklinikalara və ya digər tibbi müəssisələrə müraciət etsinlər".

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:43

19 yaşında Murovdağ döyüşlərində şəhid olan Cəbrayılın doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:09

Elektrik kəsintisi olacaq ərazilər AÇIQLANDI

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıt pensiyalar sabah ödəniləcək

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda tibb müəssisələrində İŞDƏN ÇIXARILMA DALĞASI

İdman
Dünən, 17:10

"Sumqayıt" daha bir legionerlə gücləndi

Bütün xəbərlər
Dünən, 16:55

Sumqayıt İcra Hakimiyyətinin yaxınlığında biabırçı mənzərə

Bütün xəbərlər
Dünən, 16:20

Bakı-Xırdalan-Sumqayıt qatarı sentyabrın 15-nə qədər fəaliyyətini bərpa etməyəcək - SƏBƏB

Bütün xəbərlər
Dünən, 16:13

DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqladı

İdman
Dünən, 16:00

Adil Şükürov: "Sumqayıt" şimal zonasındakı uşaqların futbol məbədi olacaq"

Bütün xəbərlər
Dünən, 15:30

Sabah Sumqayıtda hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 15:00

Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiq edildi

İdman
Dünən, 14:30

Avropanı 24 saniyəyə fəth edən sumqayıtlı cüdoçu: "Tez qalib gələcəyimi hiss edirdim"

Bütün xəbərlər
Dünən, 14:00

Sarayda havaya tüstü yayan zavodla bağlı tədbir görüldü

Bütün xəbərlər
Dünən, 13:30

Yoldan keçənə kəllə vurdu, Sumqayıt məhkməsi azadlığa buraxdı

Bütün xəbərlər
Dünən, 13:02

Odessa yaxınlığında gəmiyə dron hücumu: İki Azərbaycan vətəndaşı həlak oldu

İdman
Dünən, 12:50

"Sumqayıt"dan azarkeşlərə jest - GİRİŞ PULSUZ OLACAQ

Bütün xəbərlər
Dünən, 12:20

SDU Kembric Universitetinin eksperti ilə bir araya gəldi

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıt məktəbləri yeni dərs ilinə hazırlaşır

Bütün xəbərlər
Dünən, 11:20

Sumqayıtı tüstüyə bürüyən zavodla bağlı ARAŞDIRMA: Normadan artıq zərərli qaz aşkarlanıb

Bütün xəbərlər
Dünən, 10:52

Xəzərdə zəlzələ oldu

Bütün xəbərlər
Dünən, 10:45

"Cəbrayıl yuxularımız çin oldu" – Sumqayıtdan köçən şəxs

Bütün xəbərlər
Dünən, 10:15

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır

İdman
Dünən, 09:45

"Sabah" bu axşam "Mançester Yunayted"in qonağı olacaq

Bütün xəbərlər
Dünən, 09:15

Sakinlərə şad xəbər - Saray küçələrinə "zebralar" çəkiləcək

Oxşar xəbərlər