Sumqayıtda yaşayış binasının blok pəncərələri təhlükə saçır.
Sumqayit24.az-a müraciət edən sakinlər bildiriblər ki, söhbət 36-cı məhəllədə yerləşən 2/24 nömrəli binadan gedir. Onların sözlərinə görə, zəif külək əsən kimi pəncərələrin şüşələri laxlayır və qırılaraq yerə tökülür. Sonuncu dəfə isə küləkli hava faciəyə səbəb ola bilərdi:
“Marketin satıcısı qapının önündə dayanmışdı. Şüşənin düşdüyünü görən insanlar onu son anda xəbərdar etdilər. Qaçmasaydı, şüşə düz başına düşəcəkdi. Buradan gündə minlərlərə insan keçir, kiməsə nə isə olsa, kim cavab verəcək?”.
Şikayətçilər iddia edirlər ki, problemlə bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) bir neçə müraciət ünvanlanıb. FHN isə məsələ barədə Sumqayıt Şəhər İcra Hakimiyyətinə məlumat verdiyini deyir.