Abşeron-Xızı Regional Təhsil İdarəsinin nəzdində olan təhsil müəssisələrinin işçilərinin sentyabr konfransı keçirilib. Sumqayıt24 bu barədə 24 sentyabr tarixində DünyaTV-yə istinadən xəbər verir.
Tədbir iştirakçıları öncə Heydər Əliyevin abidəsi önünə tər güllər düzərək əziz xatirəsini ehtiramla anıblar. İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə dövlət himni səsləndirilib. Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib. Burada Elm və Təhsil Nazirliyinin nümayəndəsi Anar Mirzəzadə və təhsil işçiləri iştirak ediblər. Konfransda 2022-2023-cü tədris ili ilə bağlı müzakirələr aparılıb.