Sumqayıt şəhər İnternat tipli gimnaziyanın rəhbərliyi vəzifədən kənarlaşdırılıb. Sumqayıt24 bu haqda 16 fevral tarixində Abşeron-Xızı Regional Təhsil İdarəsinə istinadən xəbər verir.
Təhsil ocağında şəhər Prokurorluğu tərəfindən araşdırma aparılıb. Gimnaziyanın direktoru vəzifəsini icra edən şəxslər işlərində yol verdikləri nöqsanlara görə Elm və Təhsil Nazirliyi tərəfindən işdən çıxarılıblar.
Araşdırma yekunlaşdıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.