Sumqayıt Perinatal Mərkəzində məlumat xarakterli təlim keçirilib. Bu barədə 16 sentyabr tarixində Sumqayıt Tibb Mərkəzinə istinadən xəbər veririk.
"Parenteral qidalanma qarışıqlarının hazırlanmasının müasir üsulları" mövzusuna həsr olunmuş seminarda STM-in tabeliyində olan tibb müəssisələrinin və özəl tibb müəssisələrinin həkimləri iştirak ediblər. Təlimçi qismində Türkiyənin Er-Med Tibbi cihazlar şirkətinin nümayəndəsi Kaan Tarik Özcan çıxış edib.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən təlimdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.