Sumqayıtda sahəsi 150 kv.m olan mağazada yanğın olub. Sumqayıt24 bu haqda 19 aprel tarixində Föqvəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə bu gün səhər saatlarında qeydə alınıb. Dəmir konstruksiyalardan ibarət talvar tipli obyektin içərisində 130 kv.m sahəyə yığılan plastik və taxta taralar yanıb. Əraziyə cəlb olunan FHN-in bölmələri alovu söndürüblər.
Talvarın qalan hissəsi və yaxınlıqdakı tikililər mühafizə edilib.