“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən Sumqayıt şəhərində Xalça emalı sexinin tikintisinə maliyyənin ayrılması dayandırılıb.
Bu barədə İqtisadiyyat.az-a Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.
ASC bir müddət əvvəl Sumqayıt Kimya Sənayesi Parkında ona məxsus mövcud təmiz yun anbarının daxilində arakəsmələr inşa etməklə Xalça emalı sexinin tikintisi ilə bağlı hazırlıqlara başlayıb.
“Azərxalça” sexin tikintisinin 1.859.787,38 manata başa gələcəyini proqnozlaşdırıb və bununla bağlı tender elan edib.
Lakin satınalma maliyyələşdirilmənin dayandırılması səbəbindən bu gün ləğv edilib.