Sumqayıtda insanlar mənzildə bağlı qapı arxasında qalıblar. Bu haqda Sumqayıt24 xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə üçü azyaşlı olmaqla 5 nəfərin köməksiz vəziyyətdə qaldığı bildirilib. FHN-in Sumqayıt Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunub.
Xilasetmə tədbirləri nəticəsində vətəndaşlara köməklik göstərilib.