Sumqayıt şəhərində usta evdə işləyən zaman vəfat edib.
Hadisə Sahil küçəsində yerləşən fərdi yaşayış evlərindən birində baş verib.
Belə ki, Məhərrəm Həsənov evdə işləyərkən qəfildən halı pisləşib. Ətrafdakı insanların köməyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Şəmistan Fikrətli