Sumqayıt Tibb Mərkəzi (STM) yeni avadanlıqlarla təchiz edilib.
Sumqayıt24 xəbər verir ki, STM-in Biomedikal bölməsinin mühəndisi Əmrah Məmmədxanlı alınan avadanlıqları 2 nömrəli Xəstəxanada tibbi personala təqdim edib.
Bildirib ki, səhiyyə xidmətlərinin dinamik mühitində avadanlıqların istismarı həlledici rol oynayır. Hər hansı bir yeni tibbi cihaz quraşdırmadan əvvəl, elektrik sistemləri, havalandırma və yer tələbləri də daxil olmaqla müəssisənin infrastrukturunu detallı təhlil etmək çox vacibdir.