Sumqayıt şəhərinin Tarixi Muzeyində dəyirmi masa təşkil olunub. Bu haqda 24 fevral tarixində Sumqayıt24 Azərtac-a istinadən məlumat verir.
Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunan tədbiri Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt şəhər bölməsi hazırlayıb. Toplantıda Sumqayıt Dövlət Universitetinin və Sumqayıt Musiqi Kollecinin tələbələri, həmçinin şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Burada Xocalı qətliamı haqqında videoçarx nümayiş olunub. Tədbir zamanı muzeyin fondunda qorunub saxlanılan, soyqırımı əks etdirən fotoşəkillər, müxtəlif illərdə faktlar əsasında çap olunmuş kitablar, təsviri incəsənət əsərlərindən ibarət tablolar sərgilənib.