"Sabah" futbol klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək.
Sumqayit24.az xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv İspaniya təmsilçisi "Barselona"nı qəbul edəcək.
Liqa mərhələsinin V turunun qarşılaşması Bakı Olimpiya Stadionunda saat 21:45-də start götürəcək.
Matçın baş hakimi şotlandiyalı FIFA referisi Nikolas Uolş olacaq.
Qeyd edək ki, "Sabah" hazırda 3 xalla 30-cu, "Barselona" isə 9 xalla 8-ci pillədə qərarlaşıb.