top
Xəzərin duzu Sumqayıtda sənaye xammalına çevrilə bilər – TƏKLİF
Bu gün, 12:35
- ↺ +

Xəzərin duzu Sumqayıtda sənaye xammalına çevrilə bilər – TƏKLİF

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Qlobal iqlim dəyişiklikləri və regional su qıtlığı fonunda Azərbaycan alternativ su mənbələrinin mənimsənilməsi istiqamətində strateji addımlar atır.  Bu müstəvidə reallaşdırılan ən irimiqyaslı infrastruktur layihələrindən biri Sumqayıtda Xəzər dənizinin suyunun duzsuzlaşdırılması zavodunun inşasıdır. Gündəlik istehsal gücü 300 min kubmetr nəzərdə tutulan bu müəssisə Bakı və Abşeron yarımadasının içməli su təminatında həlledici rol oynayacaqdır.

Lakin, hər bir layihənin ətraf mühitə müəyyən təsirləri olduğu kimi, Xəzər dənizinin qapalı və relyef baxımından spesifik bir hövzə olması da suyun duzsuzlaşdırılması layihəsinə qapalı su hövzələrinin antropogen təsirlərə qarşı həssaslığı kontekstində, hidroloji və ekoloji baxımından yanaşılmasını zəruri edir".

Bu fikirləri Hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov səsləndirib:

"Alternativ ekoloji yanaşma kimi, risklərin qarşısını almaq məqsədilə prosesdən sonra formalaşan brin məhlulundan duzun yığılması və istifadəsi texniki cəhətdən tamamilə mümkündür. Müasir ekoloji mühəndislikdə bu yanaşma ZLD (Zero Liquid Discharge – sıfır maye tullantı) konsepsiyası adlanır. Brindən saf duz və digər qiymətli mineralları əldə etmək üçün tərs osmos prosesinden çıxan tullantı su, əlavə olaraq termal buxarlandırma (evaporasiya) və kristallaşdırma mərhələlərindən keçirilir. Bu zaman yüksək təzyiqli mexaniki buxar sıxışdırma texnologiyası vasitəsilə su tamamilə buxarlandırılaraq distillə olunmuş su kimi əldə edilir, geridə isə qatı sənaye duzu kristalları qalır. İqlimi quru və isti olan regionlarda bu proses həm də geniş buxarlandırma hovuzları vasitəsilə günəş enerjisindən istifadə edilməklə də reallaşdırıla bilər".

Ekspert vurğulayır ki, yığılan duz, Sumqayıt Duzsuzlaşdırma Zavodunun Sumqayıt Kimya Sənaye Parkına yaxınlığı kontekstində böyük sənaye əhəmiyyəti kəsb edir.

"Əldə olunan natrium-xlorid (NaCl) elə yerindəcə xammal kimi xlor, hidrogen və kaustik soda (NaOH) istehsal edən müəssisələrə ötürülə bilər. Bundan əlavə, Xəzər suyundan ayrılan bu növ qatı duz məhlulları və sənaye duzu Azərbaycanda neft-qaz quyularının qazılması prosesində quyu-qazma məhlullarının sıxlığının tənzimlənməsində, eləcə də yolların buzlanmaya qarşı emal edilməsində geniş istifadə oluna bilər. Hətta mürəkkəb filtrləmə vasitəsilə brinin tərkibindən maqnezium, kalsium və litium kimi kritik əhəmiyyətli metalların ayrılması da mümkündür.

Bütün bu üstünlüklərə baxmayaraq, sözügedən texnologiyanın əsas məhdudiyyəti yüksək enerji tutumu və iqtisadi maliyyə xərcləridir. Bununla belə, Sumqayıt layihəsinin yerli sənaye klasteri ilə səmərəli inteqrasiyası gələcəkdə həm Xəzərin ekoloji risklərini sıfıra endirə, həm də layihəni iqtisadi cəhətdən daha dayanıqlı modelə çevirə bilər".

Mənbə: Konkret.аz

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:55

Qılıncoynatmada öz sözünü deyən Sumqayıt məktəblisi

Bütün xəbərlər
Bu gün, 11:15

Sumqayıtda yenilənməyə ehtiyacı olan stadionun acınacaqlı vəziyyəti

Bütün xəbərlər
Bu gün, 10:35

"7 nömrə"nin sürücülərinin özbaşınalığı

İdman
Bu gün, 09:55

"Sabah" bu gün "Barselona" ilə qarşılaşacaq

Bütün xəbərlər
Bu gün, 09:15

Futboldan Olimpiya arenasına: sumqayıtlı Gültacın maraqlı idman yolu

Bütün xəbərlər
Bu gün, 00:01

Kəlbəcərin azad olunmasının ildönümüdür

Bütün xəbərlər
Dünən, 19:00

Neftçala-Sumqayıt avtobusları müsabiqəyə çıxarılır

Bütün xəbərlər
Dünən, 18:11

Sumqayıta sabah leysan yağa bilər

Bütün xəbərlər
Dünən, 18:00

Gözünüz səmada olsun: ilin ilk Super Ayı görünəcək

Bütün xəbərlər
Dünən, 17:45

Masazır-Novxanı yolundakı qəzada yaralanan şəxsin vəziyyəti açıqlandı

Bütün xəbərlər
Dünən, 17:31

29 yaşlı Sumqayıt sakini Bakıda küçədə öldü

Bütün xəbərlər
Dünən, 17:19

Sumqayıtda gənc müəllim vəfat edib

Bütün xəbərlər
Dünən, 17:09

Sumqayıt və Sarayda yaşamaq istəyənlərin nəzərinə - yeni mənzillər satışa çıxarılır

Bütün xəbərlər
Dünən, 16:51

Sumqayıt məktəbinin direktor müavini yeni vəzifəyə təyin edildi

Kriminal
Dünən, 16:37

Sumqayıtda evdən oğurluq edən keçmiş məhkum saxlanılıb

Bütün xəbərlər
Dünən, 16:27

41 nömrəli məktəbə də direktor təyin edilidi

Bütün xəbərlər
Dünən, 15:51

Sumqayıtda bu məktəbə yeni direktor təyin edildi

İdman
Dünən, 15:11

"Bürüncü qızıla çevirəcəyəm" - sumqayıtlı boksçu hədəfini açıqladı

Bütün xəbərlər
Dünən, 14:52

Sumqayıtın deputatı: "Bəzi ailələrdə təhsilə qarşı geridəqalmış düşüncə var"

Bütün xəbərlər
Dünən, 14:31

Sabah Bakı metrosunun iş vaxtı 1 saat uzadılacaq

Bütün xəbərlər
Dünən, 13:51

Sumqayıtda bulvara ikinci yol çəkilir - ÖZƏL

Bütün xəbərlər
Dünən, 13:11

Sumqayıtda layihəyə 18 milyon manat yatırılıb

Bütün xəbərlər
Dünən, 12:31

Yaşıldərədə yolun bir hissəsini yamadılar, digərini unutdular

Oxşar xəbərlər