Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Sumqayıt24 bu barədə 10 sentyabr tarixində xəbər verir.
Qəza şəhərin Nizami küçəsində baş verib. “VAZ-2107” və “Hyundai” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində xəsarət alan yoxdur. Əraziyə YPX-nin əməkdaşları cəlb olunublar. Hazırda həmin yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.