top
Sumqayıtda zamanı donduran köşk
25 iyun 2026, 20:00
- +

Sumqayıtda "zamanı donduran" köşk

Sumqayıtın 8-ci mikrorayonunda, keçmiş "Eskan" mağazasının yaxınlığında zaman sanki 1970-ci illərdə dayanıb. Bura şəhərimizdə sovet dövründən bəri qorunub saxlanılan, hər kəsin yaxşı tanıdığı məşhur qazlı su köşküdür. Uşaqlığı və gəncliyi o dövrə düşənlər bu mənzərəni görən kimi yəqin ki, həmin şirin dadı və stəkan səslərini dərhal xatırlayırlar.

Gəlin bir az keçmişə qayıdaq: o zamanlar bir qəpiyə sadə qazlı su, üç qəpiyə isə xüsusi siroplu, şirin qazlı su satılardı. Dövrün en maraqlı və unikal xüsusiyyəti isə ümumi istifadədə olan tək şüşə stəkan idi. Suyu içməzdən əvvəl hər kəs stəkanı aparatın xüsusi bölməsində tərsinə çevirib, təzyiqli su şırnağı ilə özü yuyardı. Maraqlıdır ki, nə növbədə duranlar gigiyenadan qorxar, nə də o stəkanı ordan oğurlayan tapılardı. Sakinlər zarafatla qeyd edirlər ki, hamı eyni stəkandan içdiyi üçün o şüşə artıq "bütün şəhərin ortaq malı" sayılırdı və onu evə aparmaq böyük ayıb hesab olunurdu. Bu, bəlkə də o dövrün insanları arasındakı inamın, səmimiyyətin və dürüstlüyün simvolu idi.

Sumqayıtın qızmar yay günlərində bu köşkün qarşısında uzun növbələr yaranardı. Amma bu növbələrdə heç vaxt dava-dalaş düşməzdi. Əksinə, yaşlılara, hamilə qadınlara və uşaqlara növbəsiz su içmək üçün hamı könüllü şərait yaradırdı. Köşkün ətrafı həm də şəhər xəbərlərinin paylaşıldığı bir növ açıq hava "müzakirə klubu", eləcə də o dövrün gənclərinin əsas görüş və "baxışma" məkanı idi. Növbədə gözləyərkən edilən söhbətlər şəhər mədəniyyətinin ayrılmaz bir parçasına çevrilmişdi. Maraqlıdır ki, bu aparatlar təkcə yayda işləmirdi; qış aylarında daxili soyutma sistemi söndürülürdü və insanlar qışın soyuğunda sadəcə otaq temperaturunda qazlı su içmək üçün yenə də bura gəlirdilər.

Əlbəttə, hər yerdə olduğu kimi, burada da kiçik uşaq fırıldaqları yaşanırdı. Aparatın qəpik qəbul edən mexanizmi köhnəldikdən sonra bəzən nasazlıq yaradırdı. Sumqayıtlı uşaqlar qəpiyin ucuna nazik ip bağlayıb aparata salar, suyu alandan sonra ipi çəkib pullarını geri çıxararaq "pulsuz" su içməyə çalışardılar. Bəzən isə sadəcə aparatın böyrünə bərkdən yumruq vurmaqla mexanizmi aldadıb su gətirmək mümkün olurdu.

SSRİ dağılandan sonra Azərbaycandakı bu tipli demək olar ki, bütün aparatlar metal qırıntısı kimi satıldı və ya söküldü. Sumqayıtın 8-ci mikrorayonundakı köşkün bu günə qədər sağ qalmasının yeganə səbəbi isə ətrafdakı sakinlərin və obyekt sahiblərinin ona bir tarixi eksponat və uşaqlıq yadigarı kimi baxıb qoruması olub. İndi bu köşk işləməsə də, Sumqayıtın canlı küçə tarixinin nadir incilərindəndir. O, şəhər landşaftında keçmiş günlərin istiliyini və nostaljisini bu günə daşıyan unikal bir abidə kimi ucalmaqdadır.

 

 

Son xəbərlər

İdman
Bu gün, 19:00

"Sumqayıt" heyətini Rüstəm Əliyevlə gücləndirdi

Bütün xəbərlər
Bu gün, 18:30

Sumqayıtda içməli su israf olunur - İDDİA

Bütün xəbərlər
Bu gün, 18:00

Sumqayıt sakinləri nədən narazıdır - PROBLEMLƏR BİTMİR

Bütün xəbərlər
Bu gün, 17:40

Sumqayıt istehsal edir, Qarabağ yenidən qurulur

Bütün xəbərlər
Bu gün, 17:09

2027-ci ildə Həcc ziyarəti 6100 dollara başa gələcək

İdman
Bu gün, 16:45

"Sumqayıt" Elşad Şirzadovu heyətinə qatıb

Bütün xəbərlər
Bu gün, 16:15

Azərbaycanda bu məhsulların idxal gömrük rüsumu 20 dəfə artırılıb

Bütün xəbərlər
Bu gün, 15:45

Sumqayıtda kişi qayınatasının çəliyi ilə arvadını döydü

Bütün xəbərlər
Bu gün, 15:05

Bakı-Sumqayıt yolundakı qəzada yaralanan şəxsin son vəziyyəti

Bütün xəbərlər
Bu gün, 14:45

Sumqayıtın deputatları qəbul keçirəcəklər - CƏDVƏL

Bütün xəbərlər
Bu gün, 14:27

Sumqayıtda liftlərə rəqəmsal nəzarət: sistem necə işləyir?

Bütün xəbərlər
Bu gün, 13:38

Bakı–Sumqayıt yolundakı faciəvi qəza: DYP-dən AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 13:34

İrəvanda keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan ekspertlərinin görüşü təxirə salınıb

Bütün xəbərlər
Bu gün, 12:01

Sumqayıt məhkəməsində yemək vermədiyi üçün arvadını bıçaqlayan ərə hökm oxundu

Bütün xəbərlər
Bu gün, 11:39

İham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib

Bütün xəbərlər
Bu gün, 10:42

Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir

Bütün xəbərlər
Bu gün, 10:15

"Avtovağzal" metrosunda ödənişsiz giriş - SON VƏZİYYƏT

Bütün xəbərlər
Bu gün, 09:51

DYP piyadalara müraciət etdi

Bütün xəbərlər
Bu gün, 09:30

"Adamın ağlamağı gəlir": sumqayıtlıların bitmək bilməyən problemləri

Bütün xəbərlər
Dünən, 18:40

Gündəlik qəza təhlükəsi ilə üzləşən saraylılardan təklif

Bütün xəbərlər
Dünən, 18:15

Sumqayıtda gecə saatlarında tikinti: deputatdan SƏRT İRAD

İdman
Dünən, 17:50

"Sumqayıt" basketbol klubu bu oyunçusu ilə müqavilənin müddətini uzadıb

İdman
Dünən, 17:15

"Sumqayıt" basketbol klubunun məşqçilər korpusu bəlli olub

Bütün xəbərlər
Dünən, 16:40

500, 503 və 508 nömrəli avtobuslar üçün YENİ DAYANACAQ

Oxşar xəbərlər