Ceyranbatan su anbarı çirkləndirilir. Bu haqda 30 may tarixində Sumqayıt24 XəzərXəbər-ə istinadən məlumat verir.
Sumqayıtı içməli su ilə təmin edən anbara tökülən Samur-Abşeron kanalına məişət tullantıları atılır. Bu hal adıçəkilən kanalın Binə Sovxoz adlanan ərazisindən keçən hissəsində qeydə alınıb. Ceyranbatan su anbarına bu zibillikdən keçib gedən suyun keyfiyyəti ciddi şübhə altındadır. Sakinlərin sözlərinə görə, kanaldakı zibillik ərazidə tullantıları atmaq üçün xüsusi qutuların olmaması səbəbindən yaranıb.
Məsələ ilə bağlı Binə yaşayış massivi bələdiyyəsindən bildirilib ki, zibil qutularının qoyulması və məişət tullantılarının daşınması qurumun imkanları xaricindədir.