Sumqayıtda daha bir ərazidə antisanitar vəziyyət yaranıb.
Sumqayit24.az- a daxil olan məlumata görə, Novxanı bağları massivində ərazi zibillərin məskəninə çevrilib.
Görüntüdən də aydın olur ki, ərazidə zibil qutuları yoxdur. Nəticədə də məişət tullantıları ətrafa səpələnir.
Vətəndaşlar aidiyyəti qurumlardan ərazidə zibil qutularının yerləşdirilməsini tələb edirlər.