Sumqayıt sakinlərinə 2021-ci ildə 1547195,4 min manatlıq istehlak malları satılıb və ödənişli xidmətlər göstərilib. Sumqayıt24 bu haqda İcra Hakimiyyətinin Facebook səhifəsinə istinadən xəbər verir.
Bu göstərici 2020-ci illə müqayisədə 7,1% çoxdur. Ticarət dövriyyəsinin həcmi isə 6,6% artaraq 1296316,5 min manat olub. İaşə şəbəkələrində sözügedən illə müqayisədə 15,7% daha çox, yəni 21908,3 min manatlıq xidmət göstərilib.
Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi isə 7,7% artıb və 250878,9 min manat təşkil edib.