Sumqayıtda ağacəkmə aksiyası keçirilib. Bu barədə 8 sentyabr tarixində İcra Hakimiyyətinə istinadən xəbər veririk.
27 Sentyabr – Anım Günü ilə bağlı şəhərdə silsilə tədbirlər təşkil olunub. Onlardan biri də sözügedən aksiya olub. Gün ərzində Sumqayıtın müxtəlif ərazilərində şəhidlərimizin xatirəsinə üç minə yaxın ağac əkilib.
Qeyd edək ki, aksiyada icra başçısı Zakir Fərəcov da iştirak edib. [modula id="24020"]