Sumqayıtlı şagird fənn olimpiadasının qalibi olub.
"Azərbaycan Universitetləri" Feysbuk səhifəsinin məlumatına görə, Sumqayıt Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 11-ci sinif şagirdi, beynəlxalq olimpiadalar qalibi Davud Tarverdili artıq 4-cü ildir ardıcıl olaraq riyaziyyat fənni üzrə respublika olimpiadasında qızıl medal qazanıb.
O, həmçinin buraxılış imtahanlarında 297 bal toplayaraq Sumqayıt şəhəri üzrə ən yüksək nəticə göstərənlərdən biri olub.
Davud bundan başqa müxtəlif beynəlxalq olimpiadaların - 42-ci Balkan olimpiadası, yeniyetmələrin Balkan olimpiadası, Əl-Xarəzmi olimpiadası və Jautikov olimpiadalarının da qalibi olub.