Dünyanın müxtəlif ölkələrində milyonlarla insanın "nəfəsini tutaraq" izlədiyi böyük futbol həyəcanı yenidən başlayır. Dörd ildən bir keçirilən və planetin ən iri idman hadisələrindən sayılan dünya çempionatı öncəsi azarkeşlər, mütəxəssislər və futbol ictimaiyyəti arasında əsas sual dəyişməz qalır: Kuboku hansı komanda qazanacaq?
Oxu.az deputatlar arasında sorğu keçirib və onların favoritlərini öyrənib. Sualı cavablandıranların arasında sumqayıtlı millət vəkili Müşfiq Məmmədli də olub. O, favoritlərinin Argentina və İspaniya yığmaları olduğunu bildirib:
"İstərdim ki, İspaniya millisi çempion olsun".