Sumqayıtda yaşayan gənclər ödənişsiz “İngilis dili” kurslarına yazıla bilər. Kurslar “PROGRO - Peşəkar İnkişaf və İnnovasiyalar Platforması” BMTİP ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılıb, USAID/Azerbaijan tərəfindən maliyyələşdirilir.
Dərslər həftədə 3 dəfə, 90 dəqiqə müddətində peşəkar müəllimlər tərəfindən tədris olunacaq. Proqramı uğurla bitirənlərə sertifikat veriləcək.
Dil biliklərini təkmilləşdirmək istəyən şəxslər 7 fevral tarixinədək müraciət formasını doldura bilər.