İnternat evində oxuyan İsmayıl Həsənəliyev hər gün şəhidlərimizin məzarlarını təmizləyir, gülləri yeniləyir. Sumqayıt24 bu barədə Xezerxeber.az-a istinadən xəbər verir.
Sumqayıt sakini İsmayıl bunun üçün Bakıya, Şəhidlər xiyabanına üz tutur. O, vaxtaşırı Sumqayıtdakı xiyabanda da təmizlik işləri aparır. Təkcə təmizliklə kifayətlənməyən İsmayıl tez-tez şəhid ailələrini də ziyarət edir.
O, yaşadığı binanın yaxınlığında üzərində şəhidlərin şəkilləri olan löhvə də quraşdırıb.