Sumqayıtda “Zəncirləri Qırmaq: Gender Bərabərliyinə nail olmaq” adlı təlim keçirilib. Sumqayıt24 bu haqda 22 aprel tarixində “Mədəniyyət Xəbərləri”nə istinadən xəbər verir.
Tədbir Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzinin 6 saylı Folklor klubu və 2 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzi tərəfindən təşkil olunub.
Mərkəzin əməkdaşı Sənan Sadıqov Xidməti Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri, ASAN könüllüləri və Folklor klubunun üzvlərini mövzu ilə bağlı məlumatlandırıb.