Sumqayıt Qızıl Aypara Cəmiyyətinin (QAC) könüllüsü "İlin Gənc könüllüsü" adına layiq görülüb. Bu haqda bu gün, 3 fevral tarixində QAC məlumat yayıb.
QAC Sumqayıt şəhər bölməsinin könüllüsü Hüseyn Səlimov Fexri fərmanla təltif olunub. Fəman Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən imzalanıb.
Tədbir “2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə keçirilib. Görüşdə ictimai-fəal gənclər, könüllülər və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.