Sumqayıtlı şagirdlər “Sabahın alimləri” XI respublika müsabiqəsində iştirak edəcəklər. Bu haqda Təhsil Nazirliyi məlumat yayıb.
Onlayn formatda baş tutacaq müsabiqə 14-21 fevral tarixlərində keçiriləcək. Yarışmada 192 layihə (326 şagird) mübarizə aparacaq. Müsabiqəyə buraxılan layihələrlə Sumqayıt şəhəri üzrə 27 faiz ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak edir.
Qalib olan layihələr içərisindən seçilmişlər ABŞ-da keçirilən ISEF (Beynəlxalq Elm və Mühəndislik Sərgisi) müsabiqəsində ölkəmizi təmsil edəcəklər.