Sumqayıt şəhər N. Tusi adına 12 nömrəli məktəbin müəllim və məktəbliləri ağacəkmə aksiyasında iştirak ediblər. Sumqayıt24 bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən xəbər verir.
IDEA və ETSN-nin birgə həyata keçirdiyi Yaşıl Marafon kampaniyası çərçivəsində, “Beynəlxalq Yer Günü” ilə bağlı paytaxt Bakıda keçirilmiş aksiya zamanı 1000 ağac əkilib.
Qeyd olunur ki, bu ilki Yer Günü “Planetimizə investisiya edək” şüarı altında keçirilir.