Sumqayıtda fəaliyyət göstərən məktəbin müəllimi və şagirdləri tədris ilinin ən yaxşıları seçiliblər. Sumqayıt24 bu haqda 18 iyun tarixində sosial şəbəkələrə istinadən xəbər verir.
Şəhər üzrə Mərkəzləşmiş İmtahanda 1-ci siniflər arasında yüksək nəticə göstərən Feyruz Namazlı “Ayın ən yaxşı şagirdi”, Lamiyə İsayeva və Teymur Haqverdizadə isə il ərzində əldə etdikləri nəticələrə görə “Ən yaxşı şagird” adları ilə təltif olunublar. Hər üç uşaq 41 nömrəli məktəbdə təhsil alır.
Bundan əlavə, həmin təhsil ocağının ibtidai sinif müəllimi Həqiqət Cabbarova keçdiyi dərslərin keyfiyyətinə, şagirdlərin fəallığına və inkişafına görə Sumqayıt üzrə “Ən yaxşı müəllim” adına layiq görülüb.