Sumqayıtda çörək maşını qəzaya düşüb. Sumqayıt24 bu haqda 18 aprel tarixində sosial şəbəkələrə istinadən xəbər verir.
Məlumata görə, maşın şirkətlərin birinə məxsusdur. Qəza nəticəsində plastik yeşiklərdə olan çörəklər yola dağılıb. Ətrafdakı insanlar dərhal köməyə yetib və çörəkləri küçədən yığıblar.
Qeyd edək ki, çörəklər xüsusi paketlərdə olub.