Sumqayıtda 27 Sentyabr - Anım Günü münasibətilə tədbir keçirilir. Bu barədə Sumqayıt24 xəbər verir.
Vətən müharibəsinin başlamasından artıq 2 il keçir. Qəhrəman şəhidlərini unutmayan sumqayıtlılar səhər saatlarından Şəhidlər xiyabanına toplaşırlar. Onların ruhuna dualar oxuyur, məzarları üzərinə güllər düzürlər. Tədbirdə şəhidlərin yaxınları, şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri və sadə vətəndşlar iştirak edirlər.
Qeyd edək ki, saat 12:00-da şəhidlərimiz 1 dəqiqəlik sükutla anılıblar. [modula id="23963"]