Sumqayıtda “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində aksiya keçirilib. Sumqayıt24 bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirlyinə (ETSN) istinadən xəbər verir.
Tədbir zamanı Müdafiə Sənayesi Nazirliyindən, “Araz” marketlər şəbəkəsinin Sumqayıt və Yasamal filiallarından ümumilikdə 55 kq işlənmiş batareya toplanılaraq "Təhlükəli Tullantılar" MMC-yə təhvil verilib.