Sumqayıtda “Tullantıları ekoçantaya dəyiş” aksiyası keçirilib. Sumqayıt24 bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən xəbər verir.
Tədbir zamanı sakinlər ümumi tutumu 657 litr olan plastik tullantı, 166 litr tutumu olan şüşə butulka/banka və 291 işlənmiş batareyanı “Araz” supermarketin önündə təhvil verib, əvəzinə ekoçanta əldə ediblər.