Sumqayıt-Bakı sürət qatarı qəza törədib. Sumqayıt24 bu barədə 24 oktyabr tarixində Sumqayit.tv-yə istinadən xəbər verir.
Hadisə Novxanı stansiyasına yaxın ərazidə qeydə alınıb. Hərəkətdə olan qatar dəmiryolunun üzərindən keçmək istəyən 62 yaşlı Hüseynova Kəmaləni vurub. Nəticədə qadının şok vəziyyətinə düşdüyü bildirilir. Sürət qatarının hərəkətində fasilə yaranıb.