Bakı-Sumqayıt sərnişin qatarı ləngiyib. Sumqayıt24 bu haqda 23 fevral tarixində xəbər verir.
Dünən axşam saatlarında 6623 saylı sürət sərnişin qatarı Pirşağı sahəsində olarkən gərginliyin verilməsində texniki nasazlıq yaranıb. Nəticədə o, dayanmalı olub.
Əraziyə cəlb olunan Azərbaycan Dəmir Yollarının (ADY) texniki heyəti nasazlığı aradan qaldırıb və qatar yola düşüb.