Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi maarifləndirici təlim keçirəcək. Bu haqda 16 iyun tarixində Sumqayıt24 Peşə Təhsil Mərkəzinə istinadən xəbər verir.
“Slovakiya səfərinin təəssüratları” adlı təlimdə adıçəkilən mərkəzin müəllimi Esmira Alverdiyeva xaricdə təşkil edilən peşəkar inkişaf təlimi barədə təqdimatla çıxış edəcək.
Pedaqoji işçilər üçün təşkil olunan görüş 16 iyun saat 14:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq.