Sumqayıtda təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi keçiriləcək. Bu haqda 16 iyun tarixində İnsan Resursları Mərkəzinə istinadən xəbər veririk.
İmtahanlar 1 nömrəli tam orta məktəbdə təşkil olunacaq. İbtidai sinif üzrə imtahan prosesi 22-23 iyun tarixlərində, Azərbaycan dili və ədəbiyyat üzrə isə 24 iyunda baş tutacaq.