Sumqayıt Gənclər Evində "Narkomaniyaya yox deyək!" mövzusunda maarifləndirici tədbir keçirilib. Bu haqda 7 aprel tarixində Sumqayıt24 xəbər verir.
Tədbirdə Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin müəllim və tələbə heyəti iştirak edib. Toplantı şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səslənməsi ilə başlayıb.
Çıxış edənlər "ağ ölüm” kimi tanınan narkotik vasitələrin zərərindən bəhs ediblər. Eləcə də narkomaniya əleyhinə keçirilən tədbirlər barədə, şəhərdə bu dəhşətli bəla ilə mübarizə istiqamətində birgə əməkdaşlığın vacibliyi, görülən işlər haqqında məlumat verilib.
Sonda mövzu ətrafında tədbirdə iştirak edən tələbələr və şagirdlərlə fikir mübadiləsi aparılıb və sualları cavablandırılıb.