Sumqayıt şəhər 32 saylı məktəbin direktoru Esmira İbrahimova vəzifəsindən azad olunub. Sumqayıt24 bu barədə 20 sentyabr tarixində Trend.az-a istinadən xəbər verir.
Xəbər verdiyimiz kimi, o, “Whatsapp” qrupuna səs yazısı ataraq müəllimlərdən 50 manat tələb edib. Pulun yığılmasını isə məktəbin təmiri ilə əlaqələndirib.
Məlumata görə, araşdırma aparılaraq Esmira İbrahimovaya akt tərtib olunub və o, tutduğu vəzifədən kənarlaşdırılıb.