top
Tanınmış həkimin qətlinin DETALLARI: Əri xadimə ilə xəyanət edib
20 yanvar 2025, 23:47
- +

Tanınmış həkimin qətlinin DETALLARI: Əri xadimə ilə xəyanət edib

Plastik cərrah Türkan Gündüz 2023-cü ilin mayın 7-də 58 yaşlı həyat yoldaşı Muhammet Gündüz tərəfindən qətlə yetirilib.

Pravda.az Muhammet Gündüzün cinayət işinin detallarını və ifadəsini əldə edib.

Əldə edilən istintaq sənədlərinə görə, Muhammet 2002-2015-ci illərdə qeyri-rəsmi, 2015-ci ildən isə rəsmi nikah münasibətlərində olmaqla birlikdə yaşadığı Türkanın 2018-ci ildən etibarən plastik-cərrah kimi işləyərək pul qazanmasından sonra dəfələrlə evə gec gəlməsinə, ona kobud cavab qaytarmasına, spirtli içki qəbul etməsinə, telefon zənglərinə cavab verməməsinə, onunla birlikdə Azərbaycandan kənarda, Türkiyədə yaşamaqdan imtina etməsinə, hətta kişilik hissinə toxunaraq dərman vasitəsilə cinsi əlaqədə olmasını deməsinə görə bir ər kimi ona hörmət etməməsi qənaətinə gəlib.

Davamlı mübahisələr ər-arvad kimi onların münasibətlərində soyuqluq yaradıb. 7 may 2023-cü ildə gecəyarısı Novxanı kəndində yerləşən fərdi yaşayış evində Türkan söhbət əsnasında kobudluqla onunla birlikdə yaşamaqdan imtina etdiyini deyib. Bu səbəbdən Muhammet Gündüz Türkana bıçaqla çoxsaylı zərbələr vurub.

Ümumilikdə 7 bıçaq xəsarəti alan qadın vəfat edib.

İstintaq orqanı tərəfindən M. Gündüzün barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Məhkəmədə ifadə verən Muhammet ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, Türkanla bir-birilərini sevərək ailə qurublar: "Mən Türkanı tanıyanda o, tələbə idi və həmin vaxtlardan onunla münasibətim yaranmağa başladı. Onun təhsilini davam etdirməsinə köməklik etdim. Türkanın ailəsi onunla evlənməyimizə razı deyildilər. Hətta bir gün Türkanın atası ilə dalaşaraq onu evdən qovdum.

Türkana da atası ilə görüşməməyi tapşırdım, onun dələduz olduğunu bildirdim. Dedim ki, atasının borclu olduğu şəxslər dəfələrlə qapımıza gəliblər".

Muhammet bildirib ki, 2018-ci ildən Türkan işləməyə başlayıb: "Həmin ildən də onun qazancı artmağa başladı. Bundan sonra məni alçaltmağa, adamlar arasında atmacalar atmağa başladı. Ona belə davranmaması barədə dəfələrlə xəbərdarlıqlar etdim. Bacısı mənim xadimə ilə Türkana xəyanət etdiyimi bildirdi. Lakin belə bir hal baş verməyib. Evə kameraların qoyulmasını mən təşkil etdim. Evdə kameraların olduğunu bildiyim halda, Türkana xəyanət etməyimdən söhbət gedə bilməzdi.

Türkiyənin Konya şəhərindəki evimdə işləyən xadimənin şəxsi nəqliyyat vasitəsi yox idi, o, evə ictimai nəqliyyatda gedib-gəlirdi. Həmin gün ona motosiklet aldığımı bildirdim. O da məni təbrik etdi, əl uzadıb yanağıma toxundu. Bundan başqa aramızda heç nə olmayıb. Türkan özü mənə deməsə də, bundan şübhələndiyini və qısqandığını hiss etdim. Məni qısqandığı halda, xadiməni işdən azad edəcəyimi dedim.

Bir gün Türkanın anası zəng etdi, həyat yoldaşının səhhətində ciddi problemlər olduğunu və qızını yanında görmək istədiyini bildirdi. Mən də təbii ki, etiraz etmədim. Hətta qızımıza da valideyn kimi rəsmi olaraq onunla ölkədən getməsinə icazə verdim. Onları Azərbaycana yola saldım. İki gün sonra Türkanın məndən boşanmaq istəməsi barədə rəsmi bildiriş aldım. Onunla əlaqə saxlayaraq, danışdım, səbəbini soruşdum. Türkan səbəb kimi xadimə ilə olan videogörüntüləri göstərdi. Mən vəziyyəti izah etdiyimi, hətta bu məsələdən sonra həmin xadiməni işdən çıxardığımı bildirdim. Lakin o mənə inanmadı".

Muhammet qeyd edib ki, təqribən 7-10 gün sonra Azərbaycana gəlib: "Həmin vaxt Türkiyənin Antalya şəhərinə tətil üçün bilet də aldım. Azərbaycana tətil bileti ilə birlikdə gəlməkdə məqsədim Türkanla barışmaq idi. Onu öldürmək üçün gəlmədim, onu öldürmək fikrim də olmayıb. Azərbaycana Türkana məlumat vermədən gəldim, gələn kimi ona zəng vurdum. Telefonu açdıqda, Gəncə şəhərində olduğunu bildirdi. Türkan həmin vaxt sərxoş vəziyyətdə idi. Mənə tibb bacısı ilə birlikdə olduğunu dedi. Ondan telefonu tibb bacısına verməyi tələb etdim. Amma bundan imtina etdi.

Türkan mənə nalayiq ifadələr səsləndirməyə başladı. Yenidən zəng edərək, Gəncə şəhərinə gələcəyimi dedim, orada birlikdə gəzməyi təklif etdim.

Yola düşdüm, Kürdəmirə çatanda Türkan artıq Bakıda evdə olduğunu bildirdi. Mən də geri qayıtdım, Nərimanov rayonunda yerləşən evə getdim. Türkan evdə idi, amma qapını açmırdı.

Qapını açdıqda, vəziyyəti izah etdim, ona xəyanət etmədiyimi deyib and içdim. O da mənə inandığını bildirdi. Əvvəlki gün Gəncə şəhərində olub-olmadığını soruşdum. Əgər Gəncə şəhərində olmuşdusa, olduğu klinikanın rəhbəri ilə dəqiqləşdirəcəkdim. Türkan Gəncə şəhərində yox, başqa yerdə olduğunu bildirdi. Daha məsələni uzatmadım. Qızımı da götürərək bir az gəzdim və evə qayıtdım. Bu müddətdə aramızda heç bir problem olmadı".

Təqsirləndirilən şəxsin sözlərinə görə, daha sonra Türkan yenidən xadimə ilə olan videogörüntüləri göstərməyə başlayıb: "Mən də ona aldığım tətil biletləri barədə danışdım, artıq bu videogörüntüləri unutmalı, sadəcə tətil barədə düşünməli olduğunu söylədim, videogörüntüləri sildim. Türkan yenidən mənə qarşı nalayiq ifadələr işlətdi. Bir daha ona xəbərdarlıq etdim.

Təxminən 1 həftə sonra yenidən aramızda mübahisə yarandı. Türkan nalayiq ifadələr səsləndirdi. Bu dəfə mənim valideynlərimin ünvanına nalayiq ifadələr səsləndirdi və bizi təhqir etdi. Əvvəlcə, qənd qabını onun üzərinə atdım. Daha sonra meyvə soyduğum bıçaqla vurdum.

Hadisəni törətdiyim vaxt özümdə deyildim. Türkanı bıçaqla vurduqda dərhal qızım otağa daxil oldu. Ona "103" çağrı mərkəzinə və xalasına zəng etməsini bildirdim. Təxminən 40 dəqiqə sonra təcili tibbi yardım avtomobili gəldi. Onlar hadisə yerinə gec gəldilər. İki-üç dəfə onlara ünvanı izah etməli oldum.

Mənim Türkanı öldürmək məqsədim olmayıb. Aramızda əvvəllər də mübahisələr olub. Mübahisələr qısqanclıq zəminində yaranıb. Üzərimdə olan bıçağı 2 il əvvəl almışdım və ondan meyvə soymaq üçün istifadə edirdim. Hadisəni törətdiyim anda huşumu itirdim, nə etdiyimi xatırlamıram. Hadisə baş verən vaxt qızım evdə, otağında idi. Onun qulağında böyük qulaqcıqlar var idi. Hadisə zamanı səs-küy olmadığı üçün o, hadisə yerinə gəlməyib və heç nə eşitməyib".

Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini elan edilib. Həmin ifadədən məlum olur ki, 6 may 2023-cü ildə bütün günü o, qızı Sibellə birlikdə evdə olub:

"Saat 10-11 radələrində Türkan işə getdi. Təxminən saat 18 radələrində onu aparan taksi sürücüsü zəng edərək bildirdi ki, Türkan bu gün evə qayıtmayacağını deyib.

Təxminən saat 20 radələrində arvadım evə gəldi, yeməyini yeyib, yorğun olduğuna görə yatmağa getdi. Bir necə saat yatdıqdan sonra oyandı. Qonaq otağında oturduğumuz vaxt Türkana belə hərəkətlərin bizə yaraşmadığını, mütəmadi mübahisə etməyimizin övladlarımıza ziyan vurduğunu, danışığına fikir verməli olduğunu dedim. O da Türkiyədə yaşamaq istəmədiyini, mənim Türkiyədə, özünün isə Azərbaycanda yaşayacağını söylədi. Bununla aramızda mübahisə bir az da gücləndi.

Masadan şirniyyatı götürərək onun üzərinə atanda Türkan ayağa qalxaraq üstümə gəldi. Mən də yanımda olan dolabçadan alma soymaq üçün istifadə etdiyim bıçağı götürdüm və qorxutmaq məqsədilə üstünə getdim. Təxminən 3-4 dəfə bıçaqla onun qarın və sinə nahiyələrinə zərbə endirəndən sonra Türkan otaqdan çıxmaq üçün qapı tərəfə qaçdı. Səsimizə qızım Sibel öz otağından çıxdı və mənə yaxınlaşaraq "ata, eləmə" söylədi. Qızıma otağına keçməyi tapşırdım.

Otaqdan çıxan zaman arxadan Türkanın böyrünə daha bir bıçaq zərbəsi endirdim. O, otaqdan çıxaraq yataq otağının qarşısında yerə yıxıldı. Onun qan içində olduğunu gördüm, qızım Sibelə dərhal dedim ki, təcili tibbi yardım çağır. Qızım "103" xidmətinə zəng etdi. Mən özüm ondan telefonu aldım, bu barədə məlumat verdim.

Daha sonra öz telefonumdan dostum Ekrem Ökteme zəng etdim, evin həyətinə çıxdım. Polis əməkdaşları gələrək məni saxladılar, törətdiyim cinayəti etiraf etdim".

Məhkəmədə təqsirləndirilən şəxsin Türkanla birgə nikahından olan övladları da ifadə veriblər. Onlar atalarının xəyanətindən, Konyadakı evdə xadimə ilə uyğunsuz hərəkətlərindən danışıblar. Bildiriblər ki, ataları barışmaq üçün dəfələrlə analarını bıçaqla hədələyib.

Cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Muhammet Gündüz 17 il müddətinə azadlıqdan məhrum edilib. Cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilib.

 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:58

Piyada səkisi yoxsa piyada sınağı? - Sumqayıtdan ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:54

Gələn həftə rayona getmək istəyən sumqayıtlıların nəzərinə

Bütün xəbərlər
Dünən, 15:58

Problemlərlə "yaşlanan" Sumqayıtda bir küçə…

Bütün xəbərlər
Dünən, 14:44

Sumqayıtda sakinləri qorxuya salan REAL TƏHLÜKƏ

İdman
Dünən, 13:58

Sumqayıtda gimnastlar qalibləri müəyyənləşdirir

Bütün xəbərlər
Dünən, 12:53

Sumqayıtın bulvar ərazisində maşınlar gediş-gəlişi "iflic edir"

İdman
Dünən, 11:37

"Sumqayıt" qələbəsini davam etdirə biləcək?

Bütün xəbərlər
Dünən, 10:37

Sumqayıt bulvarında aparılan tikinti ilə bağlı RƏSMİ CAVAB

Bütün xəbərlər
Dünən, 09:17

İstirahət günlərinin havası ilə bağlı XƏBƏRDARLIQ

Bütün xəbərlər
24 aprel 2026, 18:00

MİQ-də iştirak üçün ödənişin məbləği təsdiqləndi

Bütün xəbərlər
24 aprel 2026, 17:24

300 bal yığan sumqayıtlı: "Əsas məqamlardan biri düzgün vaxt bölgüsüdür"

Bütün xəbərlər
24 aprel 2026, 16:21

Sumqayıtda yaşayan ağdamlı ailə yurduna döndü

Bütün xəbərlər
24 aprel 2026, 15:47

Sumqayıtda havanı çirkləndirən obyektlər

Bütün xəbərlər
24 aprel 2026, 15:11

Həkimə gedən təhlükə ilə üz-üzə qalır - Sumqayıtda biabırçılıq

Bütün xəbərlər
24 aprel 2026, 14:24

Sumqayıtda hava necə olacaq?

İdman
24 aprel 2026, 13:21

"Sumqayıt"ın xanım futbolçuları DİQQƏT MƏRKƏZİNDƏ

Bütün xəbərlər
24 aprel 2026, 12:22

Dövlət mülkiyyətinə aid 15 hektar ərazi Ələt azad iqtisadi zonasına verilib

Bütün xəbərlər
24 aprel 2026, 12:21

İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM

Bütün xəbərlər
24 aprel 2026, 11:50

Sumqayıtda qaz xəttinin yanında "od oyunu"

Bütün xəbərlər
24 aprel 2026, 11:10

İş axtaran sumqayıtlılıarın nəzərinə

Bütün xəbərlər
24 aprel 2026, 10:03

300 bal yığan sumqayıtlı şagird: "Ötən il "Əlaçı"nın qalibi oldum"

Bütün xəbərlər
24 aprel 2026, 09:16

Sumqayıt məktəbliləri üçün fürsət: "Əlaçı"ya qeydiyyat başladı

Bütün xəbərlər
23 aprel 2026, 22:07

Sumqayıtın bu küçəsində avtomobil saxlamayın - XƏBƏRDARLIQ

Bütün xəbərlər
23 aprel 2026, 17:45

Sumqayıt sakini: "Evlər çat verdi və divarlar bir-birindən aralandı"

Oxşar xəbərlər